Yuxarı

Karantin pozaraq məclis təşkil edən gənclər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayonu ərazisində elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, RPŞ-nin və Daxili Qoşunlarının əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarım tikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisi təşkil edildiyi aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin iştirakçıları saxlanılaraq RPŞ-nə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb.

Bundan əlavə gənclərə son günlərdə cəbhə xəttində hərbiçilərimiz tərəfindən aparılan qürurverici döyüşlər barədə məlumatlar verilib və şəhid olan soydaşlarımız qəhrəmanlıqlarından danışıblar. Gənclərə döyüşlərin aparıldığı bu həssas dövrdə etdikləri qayda pozuntusunun cəmiyyət tərəfindən heç də xoşa gələn bir hadisə olmadığı bildirilib.

Qayda pozan gənclərin hər bir barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə ediliblər.

Tarix
2020.07.16 / 10:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla