Yuxarı

15 min insana gündəlik xidmət göstərilir – Sahil Babayev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ötən dövründə şəhid ailələrinə, müharibə əlillərinə 300 mənzil, müharibə əlillərinə 100 avtomobil təqdim edilib.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı səsləndirib.

Nazirin sözlərinə görə, karantin rejimi bitdikdən sonra daha 200 mənzil və 100 avtomobil veriləcək, ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi evin, 400 avtomobilin verilməsi planlaşdırılır.

65 yaşdan yuxarı tənha ahılların sosial müdafiəsinin təmin edilməsi işlərindən bəhs edən nazir bildirib ki, bu qəbildən olan 15 min insana sosial xidmətçilər tərəfindən gündəlik xidmət göstərilir:

“Sizin çağırışınıza qoşulan bir çox dövlət və özəl şirkətlərimizin təşəbbüsü ilə pandemiya dövründə 100 mindən çox ailəyə ərzaq payları təqdim edildi”.

Tarix
2020.07.16 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla