Yuxarı

Diasporumuz ermənilərin təxribat cəhdini boşa çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diasporumuz ermənilərin təxribat cəhdini boşa çıxardı

İyulun 16-da Azərbaycanın Polşadakı səfirliyinin qarşısında erməni vandallarının icazəsiz aksiya keçirməsinin qarşısı alınıb.

Axar.az-ın məlumatına görə, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov bildirib ki, bu ölkədə yaşayan ermənilərin sosial media şəbəkələrində yaratdıqları qrupların iyulun 16-da Azərbaycanın Varşavadakı səfirliyinin binasının qarşısında icazəsiz aksiya keçirmək və vandalizm aktları həyata keçirmək çağırışlarından xəbər tutan kimi bu barədə səfirliyimizi məlumatlandırıb. Azərbaycan səfirliyi isə dərhal gözlənilən təxribatla bağlı yerli polisi xəbərdar edib.

Polşa Azərbaycanlıları Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası və Polşa Azərbaycanlıları Assosiasiyasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı gənclər və soydaşlarımızın polyak dostları bir araya gələrək, səfirliyimizin binasının qarşısına toplaşıblar. Beləliklə, Azərbaycan səfirliyinin binası önündə vandal aktları törətmək istəyən 30 erməninin yolunu əllərində Azərbaycan bayraqları olan 150 azərbaycanlı gənc kəsib.

Gənclərimizin səfirliyin binasını əhatə etdiklərini görən ermənilər planlaşdırdıqları təxribatı həyata keçirə bilməyiblər. Yerli polisin aksiyaçıların arasında mövqe tutmalarına baxmayaraq, binaya yaxınlaşmağa cəhd edən ermənilərə soydaşlarımız əngəl olublar. Polis erməniləri dərhal ərazidən uzaqlaşdırıb.

Vətənpərvər soydaşlarımız isə Tovuz təxribatına, Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz şüarları yazılmış plakatları qaldırıb, Azərbaycanın dövlət himnini, "Əsgər marşı"nı ifa edib, cəngi sədaları altında şüarlar səsləndiriblər. Azərbaycan Ordusunu dəstəklədiklərini vurğulayan aksiyaçılar Vətənimizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin istənilən zaman elan edəcəyi səfərbərliyə hazır olduqlarını bəyan ediblər.

Tarix
2020.07.16 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla