Yuxarı

Qətərin nüfuzlu qəzeti erməni təxribatından yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də Qətərin geniş oxucu kütləsinə malik “Peninsula” qəzetində Ermənistanın son günlərdə törətdiyi təxribatçı əməlləri ifşa edən yazı dərc olunub.

Axar.az xəbər verir ki, Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovla müsahibədən ibarət olan yazıda, Ermənistanın danışıqlar prosesini hər vasitə ilə pozduğu, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmək istəmədiyi bildirilib. Ermənistanın son əməlləri ilə regionda yeni münaqişə ocaqları yaratmaq niyyətində olduğu, eyni zamanda üzv olduğu siyasi-hərbi təşkilatı bu münaqişəyə cəlb etmək istədiyi vurğulanıb. Qeyd edilib ki, Ermənistan hakimiyyəti əhalinin diqqətini ölkədə hökm sürən ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq üçün belə addımlara əl atır. Müsahibədə xüsusilə təkid edilib ki, Ermənistanın son təxribatı işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar boyunca yerləşən qoşunların təmas xəttində deyil, məhz hər iki ölkənin dövlət sərhədində baş verib. Azərbaycanın Qərb sərhədlərinin böyük hissəsinə ölkənin sərhəd xidməti nəzarət etdiyi halda, təcavüzkar Ermənistan sərhəd boyunca ağır zirehli texnika və artilleriya qurğuları yığıb. Yazıda Ermənistanın mütəmadi şəkildə mülki əhaliyə atəş açdığı bildirilib. Bunun Ermənistan ordusunun fəaliyyət prinsipi olduğu bildirilərək, son hadisələr zamanı yenidən mülki əhalinin ağır silahlardan atəşə tutulduğu yazılıb. Həmçinin yazıda mövcud gərginliyin azaldılması istiqamətində beynəlxalq səylərə toxunulub, ATƏT-in Minsk Qrupunun fəaliyyəti qeyd olunub. Bir sıra təşkilat və dost ölkələrin, o cümlədən İslam Əməkdaşlığı Təşkilatı və Türk Şurasının, həmçinin Türkiyə, Pakistan, Moldova və Səudiyyə Ərəbistanının açıq mövqe ortaya qoyaraq, Ermənistanın hücumunu və dövlət sərhədində atəşkəs rejimini pozmasını qınadığı vurğulanıb.

Yazıda, həmçinin Azərbaycan-Qətər əlaqələrinin müxtəlif aspektlərinə dair suallar cavablandırılıb.

Tarix
2020.07.17 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla