Yuxarı

Ürəyindən əməliyyat olunan gənc Tovuza “qaçdı”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürəyindən əməliyyat olmuş 20 yaşlı Abşeron sakini Mehman Əliyoldaşov könüllü olaraq cəbhədə xidmət etmək üçün Tovuzun Ağdam kəndinə gedib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov qeyd edib.

O bildirib ki, 20 yaşlı gənc səhhəti ilə bağlı əsgərlikdə olmasa və hərbi biliklərə yiyələnməsə də, əsgərlərə digər işlərdə kömək etmək istəyir:

“2000-ci il təvəllüdlü Mehman Əliyoldaşov Abşeron rayonu Hökməli qəsəbə sakinidir. Mehman bir neçə gündür Bakıdan çıxaraq Tovuza gəlib. O, könüllü şəkildə cəbhədə xidmət etmək istəyir. Ürəyindən əməliyyat olunan Mehmanın hərbi xidmətə getməsi mümkün deyil. Lakin o könüllüdür. Mehman deyir ki, Ağdama gəlməsindən ailəsinin xəbəri yoxdur. Yalnız Ağdama çatdıqdan sonra ailəsinə xəbər edib. Mehman yol maşını ilə Bakıdan çıxıb. Pulu olmayan Mehman yolda cəbhə bölgəsinə getdiyini deyərək, tanımadığı insanlardan yol pulu alıb. Sonra da Tovuza gəlib. Ağdam istiqamətində postlar olduğu üçün maşınlardan birinin yük yerində gizlənib. Ağdam kəndi ərazisində postda xidmətdə olan hərbçilər və polis əməkdaşları onu görüblər.

Mehman hazırda Ağdam yaxınlığındadır. Könüllü olaraq cəbhəyə getmək, əsgərlərə kömək etmək istəyir. Mehman deyir ki, ən azından burada qalıb, əsgərlərə istənilən işdə kömək etmək istəyir”.

Tarix
2020.07.17 / 14:46
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla