Yuxarı

Rusiyadakı həmyerlilərimiz də orduya qatılmaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.

Bu barədə Axar.az-a Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycanın Ordu sıralarına qatılmaq üçün səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.

Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmyerlilərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilib. Vurğulanıb ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş Komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Tarix
2020.07.17 / 20:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla