Yuxarı

TÜİB erməni təxribatını pislədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı bəyanat yayıb.

TÜİB-dən Axar.az-a verilən məlumata görə, bəyanatda deyilir ki, dünya birliyi tərəfindən təcavüzkar dövlət kimi ad çıxarmış Ermənistanın dost və qardaş Azərbaycana xain hücumu bütün TÜİB ailəsini dərindən hiddətləndirib. Təkcə Azərbaycanın yox, eyni zamanda, regionun sülh və əmin-amanlığını təhlükəyə atan, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğu şübhə doğurmayan, insan tələfatı ilə nəticələnən bu cür əməlləri şiddətlə qınayırıq.

“Bildirmək istəyirik ki, istər iş adamları təşkilatı kimi, istərsə də vətəndaş olaraq Prezident İlham Əliyevin müvafiq tapşırıqlarını gözləyirik və onları yerinə yetirməyə hazırıq. Türkiyə və Azərbaycan prezidentləri arasındakı xalqlarımızın ruhuna uyğun səmimi dostluq və qardaşlıq münasibətlərinə hər cür töhfə vermək bizim üçün şərəfdir.

Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşada Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və düşmənə gözdağı olan əzəmətli abidə ucaldacağımıza əhd edirik. İnşallah, o gün uzaqda deyil. Vətənimizi qoruyarkən şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Zəfər bizimlə olsun!”, - bəyanatda bildirilir.

Tarix
2020.07.17 / 21:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla