Yuxarı

Bakıda yaşayış və bağ evlərinin qiyməti bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yaşayış və bağ evlərinin qiyməti bahalaşdı

Bakıda fərdi yaşayış və bağ evlərinin satış, eləcə də kirayə qiymətlərində artım müşahidə edilir.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, iyun ayı ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin bir kvadrat metrinin qiyməti 741 manatdan 778 manata qədər qalxıb. Onun sözlərinə görə, ay ərzində artım 4.99 faiz, il ərzində isə 5.42 faiz təşkil edib.

N.İbrahimov bildirib ki, fərdi yaşayış və bağ evlərinin kirayəsində isə orta qiymət ay ərzində 2086 manatdan 2112 manata qədər bahalaşıb.

Ekspertin sözlərinə görə, qiymət artımı mövsümi xarakter daşıyır.

O qeyd edib ki, adətən yay mövsümündə fərdi yaşayış və bağ evlərinə tələbat artdığına görə buna müvafiq olaraq torpaq bazarında qiymət artımı müşahidə edilir.

Tarix
2020.07.18 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla