Yuxarı

Erməni terrorunun qurbanı olan ikinci DİN başçımız... - 99 il

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşirin erməni daşnakları tərəfindən qətlə yetirilməsinin 99-cu ildönümüdür.

Axar.az xəbər verir ki, Behbud xan Cavanşir Fətəli xan Xoyskidən sonra Azərbaycanın ikinci DİN başçısı olub.

Azərbaycan Xalq Cümhuriyyətindən sonra Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə Cənubi Qafqaz Soveti xarici ticarət təmsilçisi kimi neft-mədən avadanlığı almaq üçün bir müddət Almaniyada yaşayan Behbud xan Cavanşir 1921-ci ilin yayında həyat yoldaşı Tamara xanım, eləcə də qardaşları Surxay və Cümşüdlə birlikdə İstanbula gedir.

O, 1921-ci il iyulun 17-dən 18-nə keçən gecə İstanbulun mərkəzində Mişak Torlakyan adlı erməni daşnakı tərəfindən qətlə yetirilib.

Ölümünə bir neçə dəqiqə qalmış onun söz sözləri belə olub: “Mənim şəxsi düşmənlərim yoxdur, məni ermənilər öldürdü”.

Onun qatili M.Torlakyan ingilis işğal məhkəməsi tərəfindən bəraət alır. Bundan sonra M.Torlakyan İstanbuldakı bir erməni patriarxlığına təslim edilir, tez zamanda gəmi ilə Yunanıstanın Pire şəhərinə göndərilir. Yunanıstandan isə onun ABŞ-a getdiyi qeyd olunmaqdadır.

Qeyd edək ki, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəvəsi olan Behbud xan Cavanşir 1877-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində doğulub.

Tarix
2020.07.18 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla