Yuxarı

Metropoliten işlətmək üçün könüllü axtarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metropoliten işlətmək üçün könüllü axtarır

Birinci Avropa Oyunları zamanı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) könüllülər tələb olunur.

Bunu Trend-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçi olmaqdan ibarət olacaq: "Birinci Avropa Oyunları zamanı sərnişinlərin sıxlığının müşahidə edildiyi və oyunların keçirildiyi arenalara yaxın yerləşən stansiyalarda sərnişin axınını nizamlamaq, eyni zamanda həm yerli, həm xarici turistlərə lazımi informasiyaların verilməsində kömək etmək istəyən könüllülər axtarırıq".

N.Paşayev qeyd edib ki, könüllülər ingilis dilində sərbəst danışmağı bacarmalı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olmalıdır. Digər xarici dilləri bilmək təqdirəlayiq hesab edilir.

İş rejimi, iyunun 12-dən 28-i tarixinədək olmaqla hər gün 6-7 saat təşkil edəcək. Metroda könüllü olmaq istəyənlər qoşmadakı anketi doldurub, aprelin 27-ə kimi [email protected] elektron ünvanına göndərə bilərlər.

Tarix
2015.04.07 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla