Yuxarı

Görüntülər yalandır, orada bir erməni yoxdur – Rəhimov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, artıq bir neçə gündür ki, Moskva şəhərində fəaliyyət göstərən “Fud siti” topdansatış bazasına erməni ticarətçilər buraxılmır. Bu qərarı sözügedən bazarın azərbaycanlı sahibləri İlham Rəhimov və yəhudu əsilli iş adam Qod Nisanov veriblər. Məlumatı İlham Rəhimov şəxsən özü də təsdiqləyib.

Axar.az Musavat.com-a xəbər verir ki, o, ötən gün jurnalist Aygün Muradxanlıya verdiyi müsahibədə məsələnin detallarını ictimaiyyətə izah edib. Əsas səbəb kimi Ermənistanın Tovuz rayonuna son hücumu göstərilib.

İyulun 18-də sosial şəbəkələrdə erməni ticarətçilərin guya “Fud siti”yə geri döndükləri, orada məhsul satdıqları haqda video yayılıb. Bununla bağlı jurnalist Aygün Muradxanlı professor İlham Rəhimovdan açılqama alaraq özünün Feysbuk hesabında paylaşıb.

"Bu görüntülər, yəqin ki, bir erməni provakasiyasıdır. Bir neçə dəqiqə öncə professor İlham Rəhimovla danışdım. Bu videonu çəkən axtarılır... Dediklərini nöqtə-vergülünə toxunmadan paylaşıram: ”Bu çəkilişi mənə də göndərmişdilər. Dərhal göstəriş verdim ki, provakasiyanı kimlərin təşkil etdiyi araşdırılsın. Food City-də bir nəfər də erməni yoxdur. Qərarımız qüvvədədir - heç bir Ermənistan məhsulu, erməni iş adamı əraziyə buraxılmır. Food City-nin işlətməçilərinə bununla bağlı tapşırıq verilib. Provakasiya yersizdir”.

Yada salım ki, artıq 3 gündür, Avropanın ən böyük topdansatış mərkəzi olan Food City-də Ermənistan məhsullarının satışı dayandırılıb. Bu, Ermənistan iqtisadiyyatı üçün böyük itkidir", - jurnalist yazıb.

Tarix
2020.07.19 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla