Yuxarı

Bakı polisi hərəkətə keçdi: Qatilin loqosu məhv edildi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı polisi hərəkətə keçdi: Qatilin loqosu məhv edildi – Foto

12:57

Paytaxtda fəaliyyət göstərən pivə barlarından birinin loqosuna erməni cəlladı, vaxtilə türklərə qarşı qətliamlarda fəal iştirak etmiş Andranik Ozanyanın şəkli vurulub.

Publika.az xəbər verir ki, Bakı şəhəri A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən "Montinburg" adlı pivə barı öz nişanına Andranikin şəklini vurub.

Pivə barının girişindəki nişandakı fotoya diqqət yetirin. Bu, erməni cəlladı Andronikin fotosudur. Qəribədir, "Montinburg" adlı pivə barının rəhbərliyi bununla nə demək istəyir? Yeri gəlmişkən, həmin pivə barındakı qiymətlər də od tutub yanır. Maraqlıdır, görəsən, pivə barının rəhbərliyini erməni cəlladını təbliğ etməyə nə vadar edir?

***

Axar.az əməkdaşının barın yerləşdiyi ərazidən verdiyi məlumata görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən bardadır.

Artıq azərbaycanlıların soyqırımında xüsusi fəallıq göstərən qulağıkəsik erməni qatil Andronikin şəkli həkk olunmuş loqo məhv edilib.

Barın yaxınlığına kənar şəxslər, o cümlədən media nümayəndələri buraxılmır.

Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır.

Tarix
2015.04.07 / 13:41
Müəllif
Əli Taleh
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla