Yuxarı

Ermənilər buranı alıb? Mən ki burdayam - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansısa bir rus jurnalistin ermənilərin xeyrinə videoreportaj hazırlamasından normal nə var?

Əlbəttə, ruslar həmin reportajda deyəcək ki, yüksəkliyi ermənilər alıb.

Heç sevmədiyim ifadə var: İnformasiya savaşı...

Bəli, ruslar da ermənilərin xeyrinə bu savaşdadır. Necə oldu ki, bir erməni jurnalist gedib oradan bir yazı, bir video çəkmədi?

Həmin yüksəkliyin alınmasını "sübut" etməyə çalışan kimlərdir? Ermənilər belə yüksəkliyin onlarda olduğunu demir, deyə bilmir.

Generalımızı, zabitlərimizi, əsgərlərimizi itirmişik. Nə qədər üzgün olsaq da, soyuqqanlı olmalıyıq. Hər yayılan məlumatı həqiqət kimi və israrla cəmiyyətə təqdim etmək lazım deyil. İnsanlar da bu cür informasiyanı eşidən kimi şübhəyə düşməməli, həqiqətdən yayınmamalıdır.

Rusiyada özünü jurnalist (əslində isə yutuberdir) adlandıran bir şəxs guya bizim nəzarətimizdə olan Qaraqaya yüksəkliyi yaxınlığına gedib. Özü də lüks avtomobillə. Özü də 6 gün şiddətli döyüşlərin getdiyi, ağır artileriyadan darmadağın edilən yüksəkliyə...

Və iddia edir ki, yüksəklik ermənilərin nəzarətindədir. Ucsuz-bucaqsız zirvələri, təpələri olan cəbhə bölgəsində çəkilən həmin görüntüdən biz oranın Qaraqaya olduğuna necə inanaq? Amma təəssüflə qeyd edək ki, içimizdə buna inanan, tirajlayanlar var. Bəziləri rus jurnalistin fikirlərinə inanır və hətta iddia edirlər ki, yüksəklik ermənilərin əlindədir.

Axı, niyə? Niyə həmin rus jurnalistə inanırsınız? Sanki onun göstərdiyi əraziləri əzbər bilirsiniz, görmüsünüz! Nə bilirsiniz ki, ora Qaraqayadır? Neçə dəfə həmin yüksəklidə olmusuz, neçə dəfə orada əlinizdə silah döyüşmüsüz?

Həmin video-görüntünü tirajlayanlar sual edirlər ki, niyə Müdafiə Nazirliyi açıqlama yaymır? Niyə? Nə üçün yalan olduğunu, ermənini himayədə saxlayanın çəkdiyi sıradan bir görüntüyə inanıb, onun təkzibini istəməliyik? Mən də razıyam, Müdafiə Nazirliyi məlumat yaysın.

Yəqin ki, nazirliyin bu günə qədər yaydıqlarını bilirsiniz, oxumusunuz: Yüksəklik bizdədir! Bizim nəzarətimizdədir!

Guya, nazirliyin indi verəcəyi cavab nə olacaq? Yenə də "yüksəklik bizdədir" cavabını alsanız, rahatlayacaqsınız? Rus jurnalistin yalan danışdığını etiraf edəcəksiniz?

Mən inanmıram. Çünki siz artıq inanmaq istədiyinizi tirajlayırsınız.

Uğrunda şiddətli döyüşlərin getdiyi yüksəklik Qaraqayadır. Bu yüksəklik uğrunda general, polkovnik, mayorlar, gizirlər, əsgərlər şəhid verdik.

Sosial şəbəkədə rus jurnalistin dediyini tirajlayan neçə nəfər həmin "yüksəkliyi" görüb? İnanmıram ki, görə...

Düzdür, sual edəcəksiniz ki, sən görmüsən?

Cavab verirəm: Bəli, görmüşəm! Hətta həmin yüksəkliyə yaxın erməni postlarını da görmüşəm. Necə? Müşahidə kameralarından, yüksəkliyə gedə biləcəyimiz ən yaxın məsafədən, binokldan. Həmin yüksəklikdə yaralanan, döyüşən əsgər və zabitlərimizin gözü ilə...

Əgər bu yazını oxuyan, amma rus jurnalistin hazırladığı videoreportaja baxmayan varsa, baxsın. Görək onun yazdığına hansı məntiqlə inanmalıyıq? Nəyə inanaraq deyək ki, ora Qaraqayadır və ermənilər ələ keçirib?

Sizə söz verirəm. Növbəti dəfə Tovuza gedəndə yüksəkliklərdən birinə çıxacam. Orada əyilərək video çəkəcəm. Dağların ətəyini, dağlardan görünün kəndləri göstərib deyəcəm ki, ermənilərdir. Mən də Qaraqayadayam!

Onda da təkzib istəyərsiniz. Müdafiə Nazirliyinə sorğu göndərərsiziniz: bu jurnalist Qaraqayaya neçə çıxıb?

Son olaraq bir məsələni danışım. Tovuzun Ağdam kəndində yaralı bir it var. Həmin it ermənilərin Qaraqaya yüksəkliyinə hücumunda yaralanıb. Əsgərlər onu kəndə gətirib. Sağalmasını gözləyirlər. Amma həmin it indi də əsgərlərimizin arxasınca qaçır, yüksəkliyə getmək istəyir. Amma onun tam sağalmasını gözləyirlər. Əsgərin, zabitin sədaqətli dostu olan it də həmin yüksəklik üçün darıxır. Çünki onun yuvasıdır, illərdir əsgərlərimizlə həmin yüksəkliyi qoruyub...

Çox zaman itdə olan sədaqəti görüb hansısa nankor bir insana irad bildirirlər ki, it qədər də sədaqətli olmadın...

İlkin Muradov

"Yeni Müsavat" qəzetinin Tovuz hadisələrində cəbhə bölgəsinə ezam olunan reportyoru

Tarix
2020.07.20 / 14:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla