Yuxarı

Baş Prokurorluğa 100 nəfər lazımdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluğa 100 nəfər lazımdır

Baş Prokurorluq 100 ştat vahidi üzrə işçi axtarır.

Axar.az xəbər verir ki, Baş Prokurorluq 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulunu davam etdirilir.

Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu yekunlaşdırıldıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.

Müsabiqə ilə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat almaq olar.

Tarix
2015.04.08 / 10:48
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Zorlu Əliyevin Türkiyə səfərindən yazdı: Yeni dövrün təməli

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla