Yuxarı

TSEK sədrinin evindən 230 min çıxdı – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TSEK sədrinin evindən 230 min çıxdı – Özəl

Cəlilabadda rüşvət üstündə tutulan məmurun evindən külli-miqdarda pul çıxıb.

Axar.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanın mənzilinə baxış zamanı 230 min manat götürülüb. Xəbərdə deyilir ki, bu pulları mənzilindəki seyfdə saxlayıbmış.

Qeyd edək ki, virtualaz.org-un verdiyi məlumata görə, aprelin 8-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları TSEK sədrini həbs edib. X.Ağayeva Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunub.

Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülüb.

Baş prokuror Zakir Qaralov bu il martın 30-da Biləsuvar rayonunda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərkən ən çox şikayət də elə xalq arasında daha çox "VTEK" kimi tanınan 30 saylı TSEK-dən olub.

X.Ağayeva ilə yanaşı TSEK-in daha bir əməkdaşı həbs edilib. Həmin şəxs X.Ağayevanın "sağ əli" sayılan tibb bacısıdır.

X.Ağayeva əslən Biləsuvardandır. 30 saylı TSEK regional qurum olduğundan o, Cəlilabadda işləyib. X.Ağayeva bu vəzifəyə təxminən 1 il öncə təyin olunmuşdu.

Tarix
2015.04.08 / 18:22
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla