Yuxarı

“Bizdə dövlətin qapısı əvəzinə Xoşqədəmin...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bizdə dövlətin qapısı əvəzinə Xoşqədəmin...”

"Hər dəfə vətəndaşları qəbul edərkən qəribə bir xahişlə rastlaşıram. Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, insanların artıq problemləri televiziya proqramlarında həll etməyə çalışdıqlarını bildirib:

"Hər dəfə vətəndaşları qəbul edərkən qəribə bir xahişlə rastlaşıram. Sayını itirmişəm, hər halda əllini ötər. Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar. Deyirəm, müraciət edin, yəqin ki, verilişə alarlar. Mənim bu verilişlərə çıxarmağa nə səlahiyyətim, nə də aparıcılarla xüsusi münasibətim var. Deyirlər ki, orada elə bir növbə var ki, bizim vaxtımız bir ildən sonra gələcək. Demək ki, əhalinin bir qismi də televiziyaların qabağında növbəyə durubmuş. Yadıma Sultan Əbdüləzizin 1868-ci ildə dövlət idarəçiləri ilə müşavirəsində çıxışının mətni düşdü. Deyirdi ki, insanlarla ədalətli davranmaq lazımdır, onların haqlarını bütün qurumlar yüksək səviyyədə qorumalıdır. İnsanlar hüquqlarını qorumaq üçün dövlətin qapısına deyil, ədalətin qapısına üz tutmalıdırlar. Nə yazıq ki, bizdə insanlar hüquqlarını arayarkən, problemlərini həll etmək istəyərkən dövlətin və ədalətin qapısına az gedirlər. Daha çox televiziyaların qapısında növbə tutmağa üstünlük verirlər. Düşündürücüdür…"

Tarix
2015.04.09 / 09:10
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla