Yuxarı

Ər arvadını liftdə doğradı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ər arvadını liftdə doğradı

Bakıda daha bir dəhşətli qətl hadisəsi baş verib. Ər arvadını vəhşicəsinə qətlə yetirib.

Virtualaz.org-un məlumatına görə, qətl hadisəsi bu gün saat 11 radələrində Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068-də, "Elit" ticarət mərkəzinin arxasında yerləşən "Olimp" mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib.

1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Amma bu, yalnız ehtimaldır. Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.

Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsindən də faktı təsdiqlədilər. Bölmədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, əməliyyat qrupu hazırda hadisə yerindədir.

Xatırladaq ki, dünən axşam Bakıda daha bir oxşar hadisə baş vermiş, ər arvadını marşrut avtobusunda sərnişinlərin gözü önündəcə vəhşicəsinə qətlə yetirmişdi.

Tarix
2015.04.09 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla