Yuxarı

Sumqayıt Teatrının qarşısında niyə çadır qurulub? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt Teatrının qarşısında niyə çadır qurulub? - Foto

Prezident İlham Əliyevin ad gününə ənənəvi olaraq tort hazırladan və bu il Prezidentin 52 yaşına uyğun olaraq 52 metr uzunluğunda olacaq tortun hazırlanması üçün Sumqayıt şəhər İcra hakimiyyətinin binası ülə üzbəüz yerləşən Dram Teatrının qarşısında böyük çadır qurulub.

Yarımmətbəx xarakteri daşıyan çadır polis tərəfindən mühafizə olunur və ora yaxınlaşmağa heç kimə imkan vermirlər. Sumqayıt şəhər İcra Hakimiyyətindən "Axar.az"a bildiriblər ki, mətbəxin içinə girməyə qadağanın səbəbi şəhər əhalisinə sürpriz etmək istəyi ilə bağlıdır:

"Bu il forma bir qədər fərqli olacaq. Əgər hamıya kənardan da olsa baxmağa icazə versək, onda hazırlanan tort necə sürpriz olar?"

Xatırladaq ki, Sumqayıt şəhər İcra başçısı Eldar Əzizovun Prezidentin ad gününə hazırladığı bu tortun hazırlanmasında 24 mindən çox yumurta, 2 tondan çox un və eyni miqdarda şəkər, 300 kq qozdan istifadə edilir.

Tarix
2013.12.23 / 11:20
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla