Yuxarı

Baş nazirdən yeni qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən yeni qərar

Baş nazir Əli Əsədov “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları” təsdiq edilməsi barədə qərar imzalayıb.

Axar.az xəbər verir ki, qaydalar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna əsasən hazırlanıb. Müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılır.

İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı, informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri, informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərərvurma ehtimalı nəzərə alınır.

İnformasiya məhsullarının yaş kateqoriyalarına aid edilməsinə dair tələblər aşağıdakılardır:

“Universal”, “6 yaşadək”, “6 yaşdan”, “12 yaşdan”, “16 yaşdan” və “18 yaşdan” yaş kateqoriyaları.

Qanuna əsasən, Milli Televiziya və Radio Şurası, Mədəniyyət Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya məhsulunun işarələnmədiyi və yaxud Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə müstəqil şəkildə həmin informasiya məhsulunun ekspertizasını təşkil edir.

Tarix
2020.07.30 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla