Yuxarı

Gəncədə əkiz qardaşları maşın vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə əkiz qardaşları maşın vurdu

Gəncədə əkiz qardaşların vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə aprelin 9-da axşam saatlarında şəhərin Neman Vəliyev küçəsində qeydə alınıb. Gədəbəy rayon sakini, Rövşən Mahmudov idarə etdiyi "VAZ 21015" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən yolun kənarı ilə gedən şəhər sakinləri 1997-ci il təvəllüdlü Cavid və Seymur Əlizadə əkiz qardaşlarını vurub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Seymurun xəsarətləri yüngül olduğundan ona ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Müxtəlif bədən xəsarətləri alan Cavidin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsindən araşdırma aparılır.

Tarix
2015.04.10 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla