Yuxarı

Bakıda göl ətrafında tikinti? - Köhnə fotolar yayıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda göl ətrafında tikinti? - Köhnə fotolar yayıldı

Yasamalda gölün ətrafında abadlaşdırma işini biz yox, İcra Hakimiyyəti aparıb. Bir daha bildirirəm ki, Bakının Yasamal rayonunda “Tri Korona” kimi tanınan binaların yaxınlığında, gölün ətrafında heç bir tikinti işi aparılmır.

Axar.az xəbər verir ki, bunu ərazinin məxsus olduğu "Lake Residace" şirkətinin durektoru Çingiz Məhərrəmov APA-ya açıqlamasında deyib.

Ç.Məhərrəmov qeyd edib ki, son vaxtlar ərazi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır:

”Biz həmin ərazidə heç bir tikinti işi aparmamışıq. Belə bir fikrimiz də yoxdur. Ərazidə Yasamal Rayon İcra Hakimiyyəti abadlıq işi aparıb, bir neçə gün ordakı məişət tullantılarını daşıtdırıb”.

Şirkət rəhbəri vurğulayıb ki, mediada ərazi ilə bağlı yayılmış fotoşəkillər köhnədir:

“Biz bununla bağlı araşdırma aparmışıq. Hansısa marağı olan şəxslər həm dövlət qurumlarına, həm də mediaya yalan məlumat verərək, guya ərazidə sahibkar tərəfindən tikinti aparıldığını qeyd ediblər. Halbuki belə tikintindən söhbət gedə bilməz. Bir daha media qurumlarından yalan məlumatlara inanmamağı, köhnə şəkilləri yaymamağı xahiş edirik”.

Tarix
2020.08.01 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla