Yuxarı

Mərc oyunlarının reklamı cinayət yaradırmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərc oyunlarının reklamı cinayət yaradırmı?

Son zamanlar sosial şəbəkələrdə kazino tipli mərc oyunlarının reklamları genişlənib. Bura insanları bonus vədləri ilə cəlb edir, hətta məşhurların da adından istifadə edirlər. Ölkədə kazinoların qadağan olduğu halda onlayn kazinoların fəaliyyətinin hansı yolla tənzimləməsi sual yaradır.

Hüquqşünas Səməd Vəkilov Axar.az-a açıqlamasında bildirib ki, kazino fəaliyyətilə bağlı qanunvericilikdə normalar olmadığına görə belə bir normaların pozulması da Cinayət Məcəlləsində nəzərdə tutulmayıb.

“Cinayət qanunvericiliyinə görə, məhz həmin məcəllədə göstərilən ictimai təhlükəli əməl cinayət məsuliyyətinə səbəb olur. Odur ki, ümumi qanunvericilik sisteminə kazino oyunları ilə bağlı cinayət pozuntusu ictimai təhlükəli əməl kimi daxil edilməlidir ki, belə hallara yol verildiyi təqdirdə onların cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olsun”, - S.Vəkilov qeyd edib.

Millət vəkili Fazil Mustafa da bildirib ki, onlayn kazinolar qanunvericilikdə nəzərdə tutulmadığına görə xüsusi qadağanedici normalar da mövcud deyil.

F.Mustafanın sözlərinə görə, ilk növbədə bu fəaliyyət növünün insanlara zərərləri barədə dəqiq təsəvvürlər olmalıdır:

“Kazino ilə bağlı ayrı-ayrı ölkələrdə fərqli yanaşmalar vardır. Məsələn, qonşu Gürcüstanda bu fəaliyyət leqallaşdırılıb və ölkənin turizm potensialının artırılması üçün əhəmiyyətli amil sayılır. Bizdə də onların xüsusi seçilmiş bölgələrdə fəaliyyətinə imkan verilməsi ilə bağlı təkliflər səsləndirilir. Hər bir halda məsələ geniş müzakirə olunmalıdır, zərərli və faydalı tərəfləri dəqiq araşdırmalıdır”.

Millət vəkili qeyd edib ki, bütün hallarda bu reklamlarda aldadıcı elementlər varsa, buna müvafiq dövlət orqanları müdaxilə etməlidir:

“Hər şeydən öncə bu sahədə qanunvericilik bazası hökmən yaradılmalı və bütün fəaliyyətlərin qanunauyğun tənzimlənməsi nəzərdə tutulmalıdır”.

Tarix
2020.08.02 / 13:36
Müəllif
Gülnar Səlimova
Digər xəbərlər

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla