Yuxarı

Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək mümkün olacaq

Azərbaycan vətəndaşlarına verilən yeni şəxsiyyət vəsiqələri ilə xaricə səfər etmək mümkün olacaq.

Trend-in məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Hesablama Mərkəzinin ( İHM) sertifikasiya mərkəzinin rəhbəri Arif Mailov bildirib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqəsi İCAO standardlarına cavab verir, amma sərhədləri keçərkən yeni sənəddən istifadə ölkələr arasındakı razılaşma əsasında mümkündür.

Nazirliyin baş mütəxəssisi Nadir Rəsulov da öz növbəsində qeyd edib ki, hazırda layihə çərçivəsində şəxsiyyəti təsdiq edən çiplərin proqram təminatı üzrə sınaqlar başa çatıb.

"Hazırda ilk vəzifə layihədə istifadə olunan alqoritmin tanınmasıdır. Alqoritmlərin müəyyən olunması nüfuzlu dünya şirkətlərinin sertifikasiya sistemləri əsasında aparılacaq. Layihədə İsveçrənin "Trub" şirkəti ilə əməkdaşlıq edirik", - deyə N.Rəsulov bildirib.

Vətəndaşlara elektron sertifikatları İHM təqdim edəcək. Mərkəz həmçinin elektron imzanın şəxsiyyət vəsiqəsi çiplərinə inteqrasiyası ilə məşğul olacaq.

Tarix
2015.04.10 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla