Yuxarı

Millət vəkilləri şəhid leytenantın ailəsini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova 13 iyulda Tovuzda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun Biləsuvarın Aşağı Cürəli kəndindəki evini ziyarət ediblər.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuz istiqamətində düşmən təxribatının qarşısının alınmasında, düşmənin verdiyi itkilərdə, döyüş mövqelərimizin qorunmasında Rəşad Mahmudovun bir zabit kimi xidmətləri olduğunu qeyd edib.

“Mən aktiv döyüşlər gedən günlər Tovuzdaydım, hərbçilərimizin hər birinin yüksək vətənpərvərliyini, dönməzliyini görmək çox qürurvericiydi. O günlər yaşananlar, hərbçilərimizin əziz canlarını Vətən uğrunda qurban vermələri, göstərdikləri şücaətlər xalqımız tərəfindən unudulmayacaq. Ruhuna minnətdar olduğumuz şəhidlərimizin ailələri bizimçün həmişə əziz olacaq”, - Q.Paşayeva qeyd edib.

Millət vəkilli Q.Paşayeva Tovuz döyüşlərinin bir çox həqiqətləri üzə çıxardığını, o cümlədən xalq-ordu, xalq-dövlət birliyinin necə sarsılmaz olduğunu bir daha bariz şəkildə göstərdiyini deyib.

RHİM İB sədri Arzu Bağırova və şəhid baş leytenantın ailə üzvləri, doğmaları da öz ürək sözlərini bölüşüb.

Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, hər zaman olduğu kimi, Tovuzda şəhid olmuş hərbçilərimizin ailələri də Ali Baş Komandan cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub və onların bu münasibəti hər kəs üçün bir nümunədir.

Tarix
2020.08.03 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla