Yuxarı

Hikmət Hacıyev Qarabağ icmasının üzvləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva da iştirak edib.

Görüş zamanı məcburi köçkün düşmüş azərbaycanlı əhalinin problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilən müxtəlif layihələrin önəmi qeyd edilib. İcma üzvləri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini xüsusilə vurğulayaraq, məcburi köçkünlər adından Prezident İlham Əliyevə bir daha təşəkkür ediblər.

Görüşdə Ermənistanın işğalçılıq siyasətinin bütün platformalarda ifşa edilməsi və hücum diplomatiyası aparılması yönündə ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti və bunun daha da gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu xüsusda icma üzvlərinin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin ən əsas hədəfinin məhz ərazi bütövlüyümüzün ən qısa zamanda bərpa edilməsi və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması xüsusilə qeyd edilib.

Tarix
2020.08.03 / 17:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla