Yuxarı

Millət vəkilləri şəhid əsgərin ata ocağına getdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilləri şəhid əsgərin ata ocağına getdilər

Millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədov Qurban bayramı günlərində şəhid əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun İsmayıllının Balik kəndindəki ata ocağını ziyarət ediblər.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva şəhid əsgərin ailə üzvləri ilə görüşün onunçün həm duyğuverici, həm də bir mənəvi borc olduğunu deyib.

“Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə hərbi bölmələrimizin qüdrəti, hərbçilərimizin vətənpərvərliyi, qorxmazlığı bizlərə qürur bəxş etdi. Şəhid olan hərbçilərimiz xalqımız tərəfindən unudulmayacaq. Şəhidlərimizin ailələri də bizimçün həmişə əziz olacaq”, - deyə Q.Paşayeva qeyd edib.

Millət vəkilləri şəhid əsgərin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.

Qeyd edək ki, Ordumuzun əsgəri Xəyyam Daşdəmirov düşmənin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədi ilə başlatdığı hücumun ilk günü ağır yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmamışdı.

Tarix
2020.08.04 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla