Yuxarı

Mobil postlar ləğv edilir? – DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mobil postlar ləğv edilir? – DİN

Paytaxtın müxtəlif yerlərində təşkil edilən postlar avqustun 31-dək fəaliyyətini davam etdirəcək.

Bunu Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov SMS-icazə ləğv edildikdən sonra paytaxtdakı mobil postların yığışdırılması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, postların ləğv edilməsi barədə yayılan məlumatlar əsassızdır:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi avqustun 31-dək davam edir. Bu səbəbdən postların ləğv edilməsi barədə deyilənlər həqiqəti əks etdirmir. Postlar əvvəlki qaydada fəaliyyətini davam etdirəcək. Həmçinin şəhərdaxili mobil postlar da. Bakı, Sumqayıt, Abşeron şəhərlərinə giriş-çıxışa qoyulan məhdudiyyət əvvəlki qaydada qalır. Paytaxtdakı mobil postlar yerləri dəyişdirilməklə, mərkəzi küçə və prospektlərdən kənarda da, hətta məhəllədaxili küçələrdə də təşkil edilir. Tərəfimizdən insanların karantin qaydalarına riayət etmələrinə ciddi nəzarət edilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə avqustun 5-dən etibarən SMS-icazə ləğv edildiyi üçün mobil postların da yığışdırılacağı barədə məlumatlar yayılıb.

Tarix
2020.08.04 / 12:59
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla