Yuxarı

Bu bələdiyyə sədrləri cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bələdiyyə sədrləri cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 31-də Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində keçirilmiş növbəti belə tədbirlər zamanı Novxanı bağlar massivində və kəndi ərazisində, həmçinin Novxanı bağlar massivində yerləşən “Araz” supermarketin ərazisində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə qeyd olunan marketin direktoru E.Əhmədov, Novxanı bələdiyyəsinin sədri Ş.Tağıyev və Sumqayıt bələdiyyəsinin sədri S.Əsədov barəsində protokollar tərtib edilib.

E.Əhmədov 8.000, Ş.Tağıyev və S.Əsədov isə hər biri 3.000 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix
2020.08.04 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla