Yuxarı

Milli Şura planını deşifrə etdi: Vətəndaş ac qalsın...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə mübarizə üçün tətbiq olunan karantin rejimindən kim razı ola bilər? Vətəndaşmı? Dövlətmi?

Bu, ritorik suallar deyil və pandemiyanın yaratdığı çətinliklər fonunda nə vətəndaşın, nə də dövlətin karantin rejiminin tətbiqində maraqlı olmadığı məlumdur. Vətəndaş evdə qalmağa məcbur olur və bu vəziyyət təbii olaraq, ailə büdcəsinə təsir göstərir. Dövlət də iqtisadi itkilərlə üzləşir. Lakin vətəndaşın sağlamlığı üçün karantinin tətbiq olunması qaçılmazdır və bu dövrdə Azərbaycan dünyada vətəndaşının sosial-iqtisadi təminatını üzərinə götürən azsaylı ölkələrdən biri oldu.

Amma ölkədə karantin rejiminin uzadılmasında maraqlı olanlar da var imiş.

Milli Şuranın növbəti “zoomkonfransı”nda açıq şəkildə etiraf olunur ki, “karantin nə qədər uzadılsa, insanların sosial vəziyyəti nə qədər pisləşsə, bu, bizə sərf edir”.

Xalqın sosial rifahının yaxşılaşması haqqında hər gün hakimiyyətə ittihamlar ünvanlayanlar elə hər gün vətəndaşın aclıqla üzləşməsi üçün Allaha dua edir...

Zumlu konfransın təfərrüatına diqqət edin.

Gültəkin Hacıbəyli ölkə daxilindən danışır və deyir: “Karantinə görə insanların narahatlığı artır. Karantin qaydalarının uzanmasından narahat olmağa dəyməz, məncə bu, bizə sərf edir. Bu qaydaların uzanması bizə birmənalı olaraq sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır, kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir. Buna sevinmək lazımdır. Əksinə, biz maraqlı olmalıyıq ki, karantin bir az da uzansın və əlimizə imkan düşsün ki, bunların (dövlətin -red) yaxasına çökək, tələb edək ki, pul paylayın. Təbliğatımızı belə davam etdirək. Ona görə narahat olmayın, karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədir”.

İştirakçıların hamısı Hacıbəylinin nitqinə alqış tutur və həmrəy olaraq bəyan edirlər ki, xalq nə qədər ac olsa, bu, onlara sərf edir.

Onlar xəstəliyə, insan ölümünə, pandemiyanın vətəndaşa və dövlətə vurduğu zərərə görə bayram edir, qol götürüb oynayırlar. Bir neçə ay öncə neft qiymətinin 14 dollara düşməsinə görə də bayram edir, bir-birinə təbriklər yağdırırdılar. Təəcüblü deyil, çünki bu, onların siyasi xislətinin təzahürüdür.

Ölkədə zəlzələ olur, insanlar evsiz qalır, Milli Şura bayram edir;

Dənizdə təbii fəlakət olur, neftçilər itkin düşür, Milli Şura bayram edir;

Yanğın olur, vətəndaş zərər çəkir, Milli Şura bayram edir;

Neftin qiyməti düşür, Milli Şura bayram edir;

İşğalçı ölkə əsgərimizi şəhid edir, Milli Şura bayram edir;

İndi də karantinə görə bayram edirlər. Çünki onların siyasi mövcudluğu ölülər, faciələr, iqtisadi itkilər, sosial çətinliklərə bağlıdır. Hesab edirlər ki, bir təbii fəlakətdə, neft qiymətinin düşməsində, yaxud karantin rejiminin uzadılmasında xalq ayağa qalxacaq və onlardan xahiş edəcək ki, “gəlin hakimiyyətə”.

Azərbaycan insanı indiyə qədər bunu etməyib, bundan sonra da etməyəcək, amma öz maraqları üçün az qala xalqın acından ölməsini arzulayanları da unutmayacaq.

Bu qüvvələrin xalqı düşünmədiyi, vətəndaşın faciəsi üzərindən siyasi kayeralarını davam etdirmək istəkləri məlumdur və gerçək niyyətləri növbəti dəfə üzə çıxdı. Lakin Hacıbəylinin məlun nitqi özündə çox nəsnələri əks etdirir:

1. Karantinin uzanması sosial-iqtisadi çətinlik yaradır. Bəs, bunda maraqlı olan Milli Şura üzvləri bu dövrdə hansı maliyyə ilə yaşayırlar? Heç bir yerdə işləmir, heç bir rəsmi gəlirləri yoxdur, karantin dövründə dövlətin sosial müavinətindən də istifadə etməyiblər. Deməli, bu qüvvələr gizli maliyyə mənbələrinə malikdir və ən azı vergidən yayınmaya görə məsuliyyət daşımalıdırlar;

2. Vətəndaşın aclıqla sınağa çəkilməsini arzu edirlər, çünki fəlakət ssenarisi onların hakimiyyəti ittiham etməsini və “bəlkə iqtidara gəldik” ehtiraslarını təmin edir. Həm də ölkədə sosial-iqtisadi çətinliyin pis olması, vətəndaşın çətinliklə üzləşməsi onların maliyyə ilə təmin edilməsini şərtləndirən əsas amillərdəndir. Danışmağa mövzuları olduqca, maliyyələşmə də də təmin olunur;

3. Məlumdur, Milli Şuranı faktiki dəstəkləyənlər yoxdur və onlar vəziyyətin pisləşməsini həm də başqalarını dəstəyini qazanmaq ümidi ilə arzulayırlar. Məlum konfransda Rahim Hacıyev etiraf edir ki, “heç kim bizi dəstəkləmir, kimin nə dostu tanışı samballı müxalifətçilər varsa , onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar”. Qənimət Zahid də əlavə edir: “Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən”.

4. Hacıbəylinin çıxışına ümumilikdə ölkədə iğtişaş yaratmaq planının ilkin etirafı kimi baxmaq olar. Açıq şəkildə etiraf edirlər ki, karantin rejimi uzansın və vətəndaşların çətinliyi üzərindən təbliğatı davam etdirək, nəticədə etirazlar artsın.

Milli Şura bununla planını de-şifrə etmiş oldu. Belə bir planın baş tutmayacağı məlumdur, amma belə bir niyyətin olması belə hüquqi məsuliyyət daşımaq deməkdir.

Tarix
2020.08.04 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla