Yuxarı

Millət vəkili Tovuza 2 mindən çox maska göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili Tovuza 2 mindən çox maska göndərdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə Tovuz rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, fiziki imkanları məhdud şəxslər, rayon gəncləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox qoruyucu maska göndərilib.

Axar.az xəbər verir ki, maskalar millət vəkili Qənirə Paşayevanın xahişi və çağırışına əsasən “Bakı Tekstil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonuna hədiyyə edilib.

Millət vəkili Q.Paşayeva seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün maska taxmaqla bağlı qaydalara əməl etməyə, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə diqqət etməyə çağırıb.

Tarix
2020.08.04 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla