Yuxarı

Xəstəxanalarda yer yoxdur? - TƏBİB-dən cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstəxanalarda yer yoxdur? - TƏBİB-dən cavab

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda qeyri-COVİD xəstəxanalarına təcili cərrahi əməliyyatlar üçün edilən müraciətlərə mənfi cavabın verilməsinə, həmin şəxslərin xəstəxanalara yerləşdirilməməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Trend-ə bildirib ki, qeyri-COVİD xəstəxanaları həmişəki qaydada həm həftəsonları, həm də bayram günləri işləyirlər:

"Hazırda bu məsələ ilə bağlı heç bir problem yoxdur. Bununla bağlı konkret faktı olanlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "1542" nömrəli "Çağrı" mərkəzinə zəng edərək şikayətlərini bildirə bilərlər".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, bəzi pasiyentlər həftəsonları və bayram günləri ərzində təcili cərrahi əməliyyatlar üçün qeyri-COVİD xəstəxanalarına müraciət etdiyi zaman xəstəxanaların onları yer çatışmazlığı səbəbini əsas gətirərək qəbul etmədiklərini, həmin xəstələri tibbi xidmət almaq üçün özəl klinikalara yönləndirdiklərini açıqlayırlar.

Tarix
2020.08.04 / 23:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla