Yuxarı

Sakinlər: “Binamızı fəhlələr yandırıb” - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sakinlər: “Binamızı fəhlələr yandırıb” - Video

"Evim-eşiyim yandı, evdən bir çöp belə olsun çıxara bilmədim. Yanğın baş verən zaman hamı kimi mən də mənzildə idim. Yanğın ani olaraq baş verdi və bütün binanı cənginə aldı".

Bu sözləri ANS-ə Bakının Xətai rayonunda yanan binanın sakini Habil İsmayılov deyib. Bina sakini Fərrux Səmədov isə deyib ki, yanğın məhz burada çalışan fəhlələrin səhlənkarlığı nəticəsində baş verib:

"Fəhlələr elektirik naqillərini nəzarətsiz qoyub gedirlər. Buna bir kimsə nəzarət etmir. Bir neçə gün olar ki, evi təmir etdirmişdim. Sırağa gün isə evimə köçmüşəm".

Qeyd edək ki, Zığ yolu şossesi, 16 ünvanında yerləşən 9 mərtəbəli, bir girişli yaşayış binası axşam saatlarında güclü alovlara qərq olub. Həmin binanın vaxtı ilə yataqxana olduğu, sonradan sakinlər tərəfindən özəlləşdirildiyi bildirilir. Hadisə yerinə tez bir zamanda FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri, yanğın söndürən maşınları cəlb olunub. Binada yaşayan sakinlər təxliyə edilib.

Tarix
2015.04.11 / 01:43
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla