Yuxarı

Gəncədə karantini pozan çayxanalar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

DİN-dən Axar.az-a verilən məlumata görə, BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Çayxananı işlədən Qədir Verdiyev və 13 nəfər saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı şəhərin Kəpəz rayonunda da xüsusi karantin rejiminin tələblərinə zidd olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandıraraq çayxana sahibi Mahir İsgəndərovu və 6 nəfər müştəri birlikdə aidiyyəti üzrə Kəpəz Rayon Polis İdarəsinə gətirib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Tarix
2020.08.05 / 12:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla