Yuxarı

Tovuz hadisələri göstərdi: bu xərclər artırılmalıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə xərclərinin artırılması zəruridir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, iyul ayında baş verən Tovuz hadisələri bunu bir daha göstərdi.

Deputat bildirib ki, ikinci əsas diqqət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməlidir:

“Burada iki məqama diqqət yetirmək lazımdır. Birincisi, sahibkarlar hazırda çox acınacaqlı vəziyyətdədir. Onlara dəstək üçün vəsait ayrılmalıdır. İkincisi isə birbaşa vətəndaşların özlərinə dəstək verilməlidir. Çünki pandemiya dövründə çox insan işsiz qalıb və bu, onların həyatında ciddi şəkildə mənfi təsir göstərib. Doğrudur, dövlət deyir ki, 600 min insana yardım edilib, amma bu, çox azdır. İnsanlar hazırda ən elementar tələblərini ödəyə bilmirlər. Biz ölkədə sosial gərginliyi azaltmaq istəyiriksə, büdcənin xərclər hissəsində bu məsələyə xüsusi diqqət yetirməliyik”.

Tarix
2020.08.05 / 12:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla