Yuxarı

Professor peşəkarlığın ATV-dən getməyindən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professor peşəkarlığın ATV-dən getməyindən danışdı

"Ümumi peşəkarlığın aşağı düşdüyü bir məkanda bu standartlardan danışmaq qeyri-mümkündür".

Bu sözləri Axar.az-a açıqlamasında professor, teletənqidçi Qulu Məhərrəmli televiziyalarda eyni formatda proqramların yayımlanmasına münasibət bildirərkən dedi. Mütəxəssisin fikrincə, bu kimi hallar artıq adiləşib:

"Əlbəttə, arzuolunandır ki, rəngarəng formatlar olsun, proqramlar bir-birinə oxşamasın. Ümumiyyətlə, söhbət ATV kanalından getmir. Hazırda Azərbaycan televiziyasında verilişlərin hamısı bir-birinə oxşayır, orijinal formalar azalıb. Baxın AzTV-yə, İctimai TV-yə, verilişlər bir-birindən hansı əlamətlərinə görə fərqlənir? Mənim üçün ümumi peşəkarlığın aşağı düşdüyü bir məkanda bu standartlardan danışmaq qeyri-mümkündür".

Xatırladaq ki, ATV kanalında Zaur Baxşəliyev və onun komandası mart ayının əvvəllərindən başlayaraq verilişin formatına uyğun olmasa da, itkin düşmüş şəxslərin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının eyni kanalda bu formatda "Səni axtarıram" verilişi yayımlanırdı.

Tarix
2015.04.11 / 10:16
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla