Yuxarı

Şabranda əməliyyat: Külli miqdarda narkotik tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şabranda əməliyyat: Külli miqdarda narkotik tutuldu

Şabran Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan üç rayon sakini saxlanılıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rauf Əliyev yaşadığı evin yaxınlığında saxlanılıb.

Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan bir kiloqrama yaxın qurudulmuş marixuana və kibrit qutularında saxladığı çətənə bitkilərinin toxumları, eləcə də evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi hündürlüyü 30-195 sm-ə qədər olan 15 ədəd çətənə bitkisi aşkarlanıb.

Dindirilmə zamanı R.Əliyev çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli daha iki rayon sakinləri – Samir Məmmədov və Bəhruz Babayev saxlanılıblar.

Samir Məmmədovun üzərinə keçirilən baxış zamanı ondan altı bükümdə qurudulmuş marixuana, Bəhruz Babayevə məxsus fərdi yaşayış evindən isə aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi dörd ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Tarix
2020.08.06 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants

Azərbaycandan Ermənistana gedən qatar Böyük Kəsiyə çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla