Yuxarı

Könüllülər çimərlikdə bu işləri görəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Könüllülər çimərlikdə bu işləri görəcək

ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən könüllülər vətəndaşlarla xidmətdə nəzakətli, məsuliyyətli, etik davranış qaydalarına əməl edən gənclərdir və bu prinsiplər burada da özünü qoruyur.

Bu sözləri Axar.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Operativ Qərargahın qərarına əsasən çimərliklərdə vətəndaşlara maarifləndirmə və nəzarət xidmətlərini həyata keçirən ASAN könüllülərinin görəcəyi işlər barədə danışarkən deyib.

O bildirib ki, bu vakansiyaya könüllülərin marağı və müraciəti kifayət qədər çoxdur:

“Həm cari, həm də ehtiyatda olan könüllülər fəaliyyətə cəlb olundular. Könüllülərin əsas fəaliyyəti vətəndaşların qarşılanması, qeydiyyatın aparılması, sıxlıq yaranmadan çimərliklərdə istirahətin təmin edilməsi və sosial məsafələyə nəzarət edilməsidir.

Könüllülər əvvəlcədən xüsusi şəkildə təlimatlandırılıblar. Onlar tibbi vasitələrlə təmin edilərək ayrılmış bölgədə xidmət edəcəklər”.

E.Niftəliyev qeyd edib ki, çimərlik ərazisində könüllülərin təhlükəsizliyi mühafizə polisi, o cümlədən DİN əməkdaşlarının dəstəyi ilə təmin olunacaq.

Tarix
2020.08.06 / 11:13
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla