Yuxarı

Büdcə gəlirləri azaldılır - İclas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Büdcə gəlirləri azaldılır - İclas

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda kifayət qədər aydın izah verildi. Qeyd edək ki, büdcə gəlirlərinin 10 milyon manat azaldılması, xərclərin isə 5 milyon manat azalması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, azalmaların heç biri sosial ödənişlərə şamil olunmayıb:

“Azalmanın əsas səbəbi isə vergi güzəştləri ilə əlaqələr vergi daxilolmalarının həcminin azalmasıdır. Birinci oxunuşda müzakirə zamanı əsas qabardılan məsələ təhsil haqlarının yarıbayarı azaldılması idi. Tələbələrin təhsil haqqının ödənilməsi 2019-2020-ci il təhsil ili üçün dövlət büdcəsi tərəfindən qarşılanacaq. Bizdə olan məlumata görə buna görə 40 milyon manat vəsait ayrılıb”.

Müdafiə, təhlükəsizlik və sahibkarlıqla bağlı büdcədə nzərdə tutulan vəsaitlərin artırılması ilə bağlı birinci oxunuşda səslənən təkliflərə münasibət bildirən Tahir Mirkişili bildirib ki, müdafiə xərcləri ilə bağlı isə Prezidentin bu sahəyə ayırdığı maliyyə kifayət qədər yetərlidir:

“Sahibkarlığa dəstək üçün isə əlavə 40 milyon manat nəzərdə tutulub. Bu, sahibkarlara dövlət dəstəyinin davam etdirilməsi deməkdir. İndiyə qədər 105 mindən sahibkara maliyyə dəstəyi verilib. İnvestisiya xərcləri isə azaldılmayıb, olduğu kimi saxlanılıb”.

Tarix
2020.08.06 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla