Yuxarı

Sabah əsas yollardan biri tamamilə bağlanır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah əsas yollardan biri tamamilə bağlanır

Sabahdan etibarən Heydər Əliyev prospektindən keçən əsas işlək yollardan biri tamamilə bağlanacaq.

Axar.az xəbər verir ki, sözügedən prospektdən istifadə edən sürücülər sabahdan bu yoldan keçərkən diqqətli olmalıdırlar. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev "Trend"ə açıqlamasında bildirib ki, aprelin 11-dən 12-ə keçən gecə Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzindən Böyük Şor qovşağına qədər olan hissəsinin əsas yolu təmirlə əlaqədar bağlanacaq. Yolda köhnə asfalt-beton örtüyü qaşınıb, yenisi ilə əvəz ediləcək, xətlənmə işi aparılacaq.

Qeyd edək ki, yaxın 1-2 günə Heydər Əliyev prospektinin Böyük Şor qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan əsas yolu isə sürücülərin istifadəsinə veriləcək. Hazırda yolun rənglənməsi işləri aparılır.

Tarix
2015.04.11 / 12:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla