Yuxarı

Karantin cəriməsini ödəməyənlər bu işlərə cəlb oluna bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantin cəriməsini ödəməyənlər bu işlərə cəlb oluna bilər

Karantin cəriməsini müvafiq dövr ərazində ödəməyənlər barədə məlumatlar məhkəməyə göndərilir.

Axar.az xəbər verir ki, bunu Hit.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, ayrı-ayrı rayon polis şöbələri tərəfindən bu istiqamətdə protokollar tərtib olunur.

"Məhkəmələr müəyyən qərarlar qəbul edə, həttə həmin şəxsi cərimə məbləğini 3 ay müddətində ödəmədiyi üçün ictimai işlərə cəlb edə bilərlər. Belə ki, İnzibati Xətalar Məcəlləsində bu şəxslərin 160 saatdan 240 saata qədər ictimai işlərə cəlb olunması ilə bağlı müddəa nəzərdə tutulub. Amma konkret olaraq məhkəmələrin həmin şəxslər barəsində hansı qərarları qəbul etdiyini deyə bilmərəm. Onu qeyd edə bilərəm ki, vətəndaşlar cərimələrini 1 ay müddətində ödəməlidirlər. Əgər 3 ay ərzində ödəmirlərsə, məhkəmələr tərəfindən onlar barəsində müvafiq qərarlar qəbul edilə bilər".

Tarix
2020.08.06 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla