Yuxarı

MM-də müzakirə: Bu kafe və restoranlar açılsın - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-də müzakirə: Bu kafe və restoranlar açılsın - Video

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı güzəştləri, bəzi ticarət obyektlərinin, açıq havada fəaliyyət göstərən kafe və restoranların açılması təklifləri ilə çıxış edib.

Axar.az xəbər verir ki, Q.Paşayeva dünyanın ağır bir pandemiya dönəmindən keçdiyini xatırladıb və ölkəmizdə çətin vəziyyətə düşən ailələrə dəstəklə bağlı həyata keçirilən proqramlardan bəhs edib.

Deputat bildirib ki, bəzi məsələlərə böyük diqqət yetirmək lazımdır:

“Təxminən 15 min aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarına edilən güzəştləri, həmin vəsaitin dövlət büdcəsindən ödənilməsini yüksək dəyərləndiririk. Amma belə ailələrin sayı hədsiz çoxdur. Sakinlərimizlə görüşdə görürük ki, təhsil haqqını ödəyə bilmədiyinə görə hətta 3-cü, 4-cü kurs tələbələri var ki, universiteti atmaq məcburiyyətində qalırlar. Əgər büdcədə 40 milyon vəsait varsa, güzəşt tətbiq olunan kateqoriyanın genişləndirilməsi barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmaq lazımdır. Övladını təkbaşına böyüdən analar var ki, təhsil haqqı ödəməyə çətinlik çəkirlər. Biz bu cür ailələrə dəstək olmalıyıq. Ona görə də xahiş edirəm ki, övladını tək böyüdən və çətin vəziyyətdə olan ailələrə dəstək göstərilsin”.

Deputatın sözlərinə görə, mollardan başqa ticarət obyektləri var ki, gündəlik müştəri sıxlığı az olur:

“Mebel, qızıl və geyim dükanlarından başlayaraq, mollardan başqa bütün ticarət mərkəzlərinin açılmasını həyata keçirmək vacib və müsbət olardı. Yoluxma riski yüksək olmayan, açıq havada yerləşən restoranların, kafelərin karantin qaydalarına əməl etməklə fəaliyyəti bərpa etmək olar. Bu iş yerlərinin açılması sahibkarlığın inkişafı üçün müsbət olar”.

Çıxışı bu videodan izləyə bilərsiniz:

Tarix
2020.08.06 / 16:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla