Yuxarı

Deputatlar yaralı hərbçilərimizin ailələri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Məşhur Məmmədov, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova iyulun 12-də Tovuz rayonu istiqamətində işğalçı Ermənistanın törətdiyi təxribatlar zamanı yaralanan hərbçilərimiz Mahəddin Zeynalov, Rauf Musayev və Kənan Mənsurovun ailə üzvləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı xalqımızın vətənin qəhrəman oğulları ilə fəxr etdiyi diqqətə çatdırılıb. Bir neçə gün öncə hərbçilərimizin müalicə aldığı hospitalı ziyarət edərək onların vəziyyəti ilə maraqlandığını deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da müalicələrinin yüksək səviyyədə davam edəcəyini bildirib.

Millət vəkilləri və QHT sədrləri həmçinin hərbçilərimizin ailə üzvlərinin qayğıları ilə də maraqlanıblar. Ailələrin problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara müraciət edən deputatlar bundan sonra da dəstək olacaqlarını qeyd ediblər.

Tarix
2020.08.07 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla