Yuxarı

Məscidlərin açılması müzakirə olunmur - Şahmar Mövsümov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məscidlərin açılması müzakirə olunmur - Şahmar Mövsümov

İnsanların qapalı məkanlarda sıx toplaşması nəticəsində virusun yayılması daha çox olur. Bu səbəblə məscidlərin açılması müzakirə olunmur.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Nəzərə alın ki, həcc ziyarəti də təşkil olunmadı. Bütün baş verənləri nəzərə alaraq, dini ibadət məkanlarının açılması müzakirə mövzusu deyil", - o bildirib.

Ş.Mövsümov qeyd edib ki, 2020-ci il qeyri-adi və tarixi ildir:

"Hər kəsdən xahiş edirəm ki, virusun yoluxma sürətinin azalması üçün əlimizdən gələni edək. Qaydalar pozulduğu zaman dövlətə də bu barədə bildirin. Şübhəm yoxdur ki, problemin qarşısını alıb, öhdəsindən gələcəyik. Əsas məsələ nə qədər itki verməyimizdir. Hər birinizi səfərbər olmağa çağırıram".

Tarix
2020.08.08 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla