Yuxarı

Qaydalar dəyişdi: Bunu daha ASAN etmir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaydalar dəyişdi: Bunu daha ASAN etmir...

Ötən illər ərzində peşə təhsili müəssisələrinə qəbul ASAN Xidmət mərkəzləri tərəfindən həyata keçirilirdisə, bu il qaydalar dəyişdirilib.

Axar.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Röyal Yolçuzadə bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, pandemiya dövrünü nəzərə alaraq, vətəndaşlar qebul.vet.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər:

"Əvvəlki illərdə müraciətlər kənar şəxslərin müdaxiləsi ilə aparılırdısa, bu il tam şəffaf şəkildə qeydiyyat prosesi baş tutacaq. Müraciət edən şəxs ixtisası seçdikdən sonra müsabiqənin nəticələrini şəxsi kabinetdə öyrənə biləcək".

O qeyd edib ki, bu il ötən illərdən fərqli olaraq, tələbə qəbulu ictimaiyyətə açıq şəkildə elan olunacaq:

"Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytı, yaxud da Təhsil Nazirliyinin saytında qəbul nəticələri yerləşdiriləcək. Qəbulda əsas tələb olunan sənəd şəxsiyyət vəsiqəsi, ölkə ərazisində qaçqın statusunda yaşayan şəxslərdən BMT-nin verdiyi qaçqın statusunu təsdiqləyən sənəddir. Hər bir şəxs bir nömrə ilə qeydiyyatdan keçə bilər və bu nömrəyə mesaj vasitəsilə bildirişlər göndəriləcək".

Röyal Yolçuzadə əlavə edib ki, cari ildə buraxılış imtahanlarında iştirak etməyib, attestat ala bilməyən şəxslər bitirdikləri orta təhsil müəssisələrindən qiymətləndirmə cədvəlini alıb, peşə təhsili müəssisələrinə təqdim edəcəklər:

"Hər bir şəxsdən xahiş edirik ki, qeydiyyatı özləri aparıb, şəxsi məsuliyyətlərini öz üzərlərinə alsınlar".

Tarix
2020.08.10 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla