Yuxarı

Məhsullarımız Çində sərgidə nümayiş olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhsullarımız Çində sərgidə nümayiş olundu

8-10 avqust tarixlərində Çinin Çindao şəhərində 4-cü Çin Yüksək Keyfiyyətli Şərab və Spirtli İçkilər Sərgisi keçirilib.

Axar.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sərgidə 200-dən çox yerli və xarici şirkətin 6 000-dək çeşiddə məhsulları nümayiş etdirilib.

Ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycanda istehsal olunan üzüm və nar şərabları, araqlar və təbii nar şirələri nümayiş olunub və satışı həyata keçirilib.

Azərbaycan məhsulları sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Çinin müxtəlif regionlarında satışı barədə 30-dan çox ilkin razılıq əldə edilib.

Qeyd edək ki, bu, 2020-ci ildə Azərbaycan məhsullarının Çində nümayiş olunduğu ilk beynəlxalq sərgidir. Belə ki, bu ilin ilk yarısında koronavirus pandemiyası səbəbindən Çində keçirilməsi planlaşdırılan bütün beynəlxalq sərgilər təxirə salınmışdı.

Tarix
2020.08.10 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla