Yuxarı

Neftçalada nəzarət-profilaktiki tədbirlər davam etdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkədə elan edilmiş karantin rejimi qaydalarına riayət edilməsi isiqamətində nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı tibbi maska və əlcəkdən istifadə etməyən satıcılar, müştərilər, sürücü və sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Virusun qapalı məkanlarda daha tez yayıldığı və belə yerlərdə qaydalara riayət etməyin vacibliyi diqqətə çatdırılıb.

Bildirilib ki, hər bir şəxs karantin qaydalarına, koronavirusun profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş metodiki göstərişlərə əməl etməlidir.

Qaydalara əməl etməyən 3 nəfər barəsində polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.

Tarix
2020.08.11 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla