Yuxarı

Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) monitorinq keçirib.

Axar.az xəbər verir ki, bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.

O bildirib ki, monitorinqi komitə sədrinin müavini Elçin Şirinovla birgə keçirib:

Monitorinqi keçirməkdə məqsəd sosial şəbəkələrdə bir neçə şəxsin guya BMCMİ-də işgəncələrə məruz qalmaları ilə bağlı yayılan fotoların araşdırılması olub:

"Araşdırma nəticəsində bizə məlum oldu ki, bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış ssenari üzrə çəkilib. Belə ki, həmin fotolardakı şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil, həmin fotolar da Azərbaycanda çəkilməyib, şəkillərdəki Azərbaycan bayrağı və polis gerbini isə məqsədli şəkildə ora qoyublar. Avtomobilin qarşısında fotosu olan şəxs isə hüquq-mühafizə orqanlarında çalışmır. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs Azərbaycan vətəndaşıdır, ancaq hüquq-mühafizə orqanlarında işləmir. O, rayonlardan birində yaşayır və tam fərqli bir sahənin adamıdır, hüquq-mühafizə orqanları ilə ümumiyyətlə, heç bir əlaqəsi yoxdur".

Tarix
2020.08.11 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla