Yuxarı

Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı

Xarici dillərdə fəaliyyət göstərən “Karabakh Is Azerbaijan” platforması 13 iyul 2020-ci ildə bir qrup vətənpərvər gənc tərəfindən yaradılıb. Platforma qısa müddətdə Feysbuk üzrə 19.000, Teleqram üzrə 2000, Votsap üzrə 7000-dən çox üzvü ilə sosial şəbəkələrdə geniş auditoriyaya çataraq, Türkiyə, İsrail kimi ölkələrdə müxtəlif platformalar ilə əməkdaşlıq etməyə başlayıb.

Axar.az xəbər verir ki, bütün fərqlilikləri bir kənara qoyaraq ortaq bir məqsəd altında birləşən platformanın əsas məqsədi informasiya müharibəsində iştirak edərək Azərbaycan Ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ həqiqətləri barəsində agah etməkdir.

Platforma yarandığı gündən etibarən bir sıra layihə və eventlər təşkil edib. Erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmağı hədəflədiyi ilk event 14 günlük marafon seriyası oldu. Marafon müddətində Amerika, İngiltərə, Almaniya, Türkiyə, İsrail və s. ölkələrin Tvitter platformasında tarix, beynəlxalq münasibətlər, araşdırma və s. qruplarının hazırladığı postlar qeyd edilən ölkələrin və dünya trendin ilk sıralarında yer alıb. Marafon müddətində “Türk Dünyası Birlik platforması”, “Likud Gənclər qolu” və s. platformalar ilə birlikdə 100.000-dən çox gəncin iştirakı ilə #StopArmenianAggression, #KarabakhIsAzerbaijan, #BeFairForAzerbaijan, #HearTheVoiceOfAzerbaijan, #NoSilenceForAzerbaijan, #İşgalciDevletErmenistan, #AzerbaijanWantsJustice, #StopLyingArmenia, #KnowTheTruthForAzerbaijan, #AzerbaijanNotEnemy, #AzerbaijanisAreNotTarget, #StopArmenianProvocation, #ReturnAzerbaijaniLands, #KIAZteam həşteqlərindən istifadə edilərək ümumilikdə 1 milyon tvit atılıb, onların nəticəsi olaraq tvitlər 30 milyon insana çatıb.

Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqresiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil hesab edilən ingilis dilində videolar hazırlanıb və yeni videolar da hazırlanır.

Rəsmi sayt (http://www.karabakhisazerbaijan.com/) artıq fəaliyyətə başlayıb, saytda Qarabağ və Azərbaycan haqqında həqiqətlər, fəal gənclərin layihələri, təşəbbüskarlar haqqında məlumatlar və Qarabağ gerçəkləri üçün xüsusi hazırlanan videolar yer alıb.

Həmçinin yaxın zamanda sayt digər dillərə də tərcümə olunaraq istifadəyə veriləcəkdir.

Hazırda “Niyyətimiz Qarabağ”, “Qarabağ xatirələri”, “İnformasiya müharibəsi necə aparılır” və s. layihələr həyata keçirilməkdədir.

Layihədə idarə heyəti - Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və üzvlər hər biri həmrəy olaraq, Vətəni üçün bu informasiya müharibəsində canla-başla iştirak edir.

Tarix
2020.08.11 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla