Yuxarı

Meriya Bakıda yoxlamalara başladı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meriya Bakıda yoxlamalara başladı - Açıqlama

Paytaxtda fəaliyyət göstərən ticarət obyektlərinin əksəriyyəti Operativ Qərargah tərəfindən tətbiq edilən qaydalara riayət edir.

Bunu Axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov paytaxtdakı obyektlərdə karantin qaydalarına riayət edilib-edilməməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, departamentin və İcra Hakimiyyətinin əməkdaşlarından ibarət 4 qrup şəhərin müxtəlif yerlərində ticarət obyektlərinə daxil olaraq Operativ Qərargahın tələblərinə uyğun fəaliyyəti yoxlayırlar:

“Bir çox ticarət obyektində bu qaydalara əməl olunur. Bir neçə yerdə xoşagəlməz hallarla rastlaşılıb. Yəni personalın maskasız olması, dezinfeksiya məhlullarının olmaması və s. kimi hallar qeydə alınıb. Belə obyektlərlə bağlı ilkin olaraq tərəfimizdən ciddi tapşırıqlar verilib və nöqsanların aradan qaldırılması tələbləri qoyulub. İki gündür davam edən fəaliyyətimiz zamanı qaydalara əməl edilməsi ilə bağlı maarifləndirmə və gələcəkdə bu tələblərin yerinə yetirilməsi məsələsi gündəmdə oldu. Bu xidmətimiz sabah da davam edəcək”.

Tarix
2020.08.11 / 23:39
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla