Yuxarı

BNA rekord sayda avtobusu xəttə buraxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 163 marşrut (153 müntəzəm və 10 ekspress) üzrə 2 130 ədəd avtobus xətlərə çıxarılıb ki, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1,6 milyondan artıq sərnişin səfər sayı qeydə alınır.

"Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər", - məlumatda bildirilib..

Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və yol-nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımanın təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımanın təşkilinə mənfi təsir edir.

Tarix
2020.08.12 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla